HAQQIMIZDA

Bakı Bərpa Mərkəzinin yaradılma səbəbi, Azərbaycanda realibitasiya və bərpa mərkəzi olaraq fərqli yanaşma ilə vətəndaşlara xidmət etməkdir. Biz bilirik ki, reabilitasiyaya ehtiyacı olan xəstələrə xüsusi diqqət və həssaslıqla yanaşmaq lazımdır. Məhz bu səbəbdən komandamız peşəkar olmaqla yanaşı, gülərüz və mehribandır.

Hədəfimiz müassir tibbdə qəbul və tətbiq olunan bütün müalicə üsullarından istifadə edərək, xəstələrə şəfa verməkdir. Mərkəzimiz tibb elminin standartlarına cavab verən yeni texnologiyaların, peşəkar və dinamik personalın birləşdiyi bir tibb mərkəzidir. Avropa, Türkiyə və Rusiyada təhsil almış yerli və xarici həkimlərimiz ilə yanaşı, administrativ personalımız işinin peşəkarlarıdır. Hər bir müraciətə fərdi yanaşaraq, ədalətli qərarlar verib müalicə proqramı hazırlayırıq.

Bakı Bərpa Mərkəzində 20 yataq otağı mövcuddur ki, burada xroniki xəstəliklərdən əziyyət çəkənlərin, əməliyyat sonrası xüsusi həkim nəzarətinə ehtiyac olanların və s. müalicəsi nəzərdə tutulub.

Məqsədimiz xalqımıza yüksək keyfiyyətli və beynəlxalq standartlara cavab verən tibbi xidmətlər göstərmək, reabilitasiya üçün vətəndaşlarımızın xarici ölkələrdə deyil, məhz öz vətənlərində tibbi xidmətlər almalarını təmin etməkdir.

Play Video

ONLİNE QƏBULA YAZIL

Mərkəzimizə gəlmədən əvvəl, online qəbula yazılmanız tövsiyyə olunur.

24/7/365

İlin istənilən günü və saatı Sizə xidmət etməkdən məmnunuq.

PEŞƏKAR PERSONAL

Təcrübəli və peşəkar personalımıza etibar edə bilərsiniz.