Uşaqlarda uşaq serebral iflici, spina bifida və braxial pleksus zədələnmələri kimi pozuntularda intesiv pediatrik reabilitasiya tətbiq olunur. Bununla yanaşı autizm kimi inkişaf problemlərində və Daun sindromu kimi xromosomal pozuntularda da xüsusi fizioterapiya proqramları tətbiq olunur. Pediatrik reabilitasiyada başlıca olaraq müalicəvi idman terapiyası, robotik reabilitasiya, qəfəs-blok terapiyası, hidroterapiya ilə yanaşı aktiv-passiv hərəkət reabilitasiyası proqramlarından istifadə olunur.
Reabilitasiya növləri
Reabilitasiya insanın sağlamlığını, funksionallığını və ya həyat keyfiyyətini yaxşılaşdırmaq üçün istifadə edilən bir sıra müalicə və prosesləri əhatə edən bir termindir. Reabilitasiya ümumiyyətlə xəstəlik, zədə və ya